Hadisə

Hematologiya Mərkəzində faciəvi hadisə

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin pasienti, 20 yaşlı Gülşən Abbaslı bu gün bu Mərkəzin 4-cü mərtəbəsindən özünü atıb.

Qız ağır xəsarətlərlə Şəhər Kliniki Tibb Mərkəzinə aparılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.

Abbaslı Bakıdakı ali məktəblərdən birinin tələbəsi idi, onkoloji xəstəlikdən əziyyət çəkirdi və Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırdı.

Baş Prokurorluğun mətbuat xidmətindən Turan-a bildiriblər ki, faktla bağlı zəruri araşdırmalar aparılır.

Bənzər yazılar

Back to top button