CəmiyyətGündəm

Ərdoğan zəlzələdən sonra Azərbaycanın etdiyi yardımdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra Azərbaycanın həmrəyliyini minnətdarlıqla xatırlayıb.

Türkiyə Prezidenti bunu Ankarada keçirilən ikitərəfli görüşdə bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırlayıb. Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib.

Bənzər yazılar

Back to top button