Cəmiyyət

Bakıda yağıntılar və qeyri-sabit hava şəraiti çərşənbə gününə qədər davam edəcək

Sentyabrın 11-i axşamdan 13-ü gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.

Sentyabrın 12-dən 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bənzər yazılar

Back to top button