İqtisadiyyat

Azərbaycan nefti kəskin ucuzlaşdı – 7 dollar…

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,99 ABŞ dolları və ya 8,6% azalaraq, 74,42 dollar təşkil edib.

Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 74,4 ABŞ dollarına satılıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bənzər yazılar

Back to top button