DünyaManşet

Pentaqon rəhbəri: “Ukraynada müharibə bütün dünyaya toxunur”

Qara dəniz üzərində Rusiyanın döyüş təyyarəsi Amerikanın pilotsuz təyyarəsini vurduqdan sonra ABŞ bütün dünyada kəşfiyyat uçuşları həyata keçirməyə davam edəcək, çərşənbə günü müdafiə naziri Lloyd Ostin bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Bu insident Ukraynada müharibə başlayandan bəri Amerika və Rusiya silahlarının ilk birbaşa toqquşması olub və diplomatik qalmaqala səbəb olub.

“Mən indicə rusiyalı həmkarım nazir Şoyqu ilə telefonla danışdım. Dəfələrlə dediyim kimi, böyük güclərin şəffaflıq və kommunikasiya nümunəsi olması vacibdir”, -Ostin deyib. Həmin gün o, Ukraynanı dəstəkləyən ölkələrlə də virtual görüş keçirib.

“Bu, təkcə Ukrayna və ya ABŞ üçün yox, bütün dünya üçün vacibdir. Söhbət qaydalara əsaslanan beynəlxalq düzəndən gedir. Söhbət bir ölkənin bir gün oyanıb öz qonşusunun sərhədlərini dəyişdirmək və onun suveren ərazisini anneksiya etmək istəyindən gedir”, – Ostin mətbuat konfransında deyir.

“Bütün dünya ölkələri bu çağırışın nə qədər ciddi olduğunu dərk edir və birlikdə işləyirlər. Onlar Ukraynanın uğur qazanması üçün lazım olan hər şeyi əldə etməsi üçün çox çalışmağa davam edirlər. Və bu, bizim diqqət mərkəzində olacaq”, -Ostin deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button