İdman

Lionel Messi səxavətini göstərdi

“Barselona”nın kapitanı Lionel Messi koronavirus pandemiyası ilə mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, argentinalı superulduz koronavirusu incələyən “Hospital Clinic” xəstəxanasına 1 milyon avro yardım edib. Şəfa ocağının rəhbərliyi isə “Leoya bu dəstəyə görə təşəkkür edirik” mesajını ictimaiyyətə çatdırmağı özünə borc bilib.

Messi Argentinadakı bir neçə klinikanın da hesabına pul köçürüb. Lakin məbləğin açıqlanmasını istəməyib.

Qeyd edək ki, İspaniyada 40 min adam koronavirusa yoluxub. Onlardan 2800-ü ölüb.

Bənzər yazılar

Back to top button