Hadisə

Naxçıvan FHN: “Zəlzələ heç bir dağıntıya səbəb olmayıb”

İran ərazisində zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Qeyd olunub ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 5,5, dərinliyi isə 10 km olan təkanlar Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, zəlzələ Naxçıvanda heç bir dağıntıya səbəb olmayıb.

Bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.

Bənzər yazılar

Back to top button