GündəmManşetSiyasət

Prezident İlham Əliyev: “Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmayıb”

“2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır”, – martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının sammitində çıxışında bildirib.

Onun sözlərinə görə, Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır: “Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır”.

2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır.

“Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan başlayaraq 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq”, – dövlət başçısı deyib.

Bunda Türkiyə şirkətləri böyük rol oynayırlar, onlarla 3 milyard dollardan çox müqavilə bağlanıb. İlham Əliyev Füzuli rayonunda tikilmiş məktəb və Yaradıcılıq Mərkəzinə görə Özbəkistanla Qazaxıstanı qeyd edib.

Bənzər yazılar

Back to top button