Siyasət

Ədliyyə Nazirliyi 13 siyasi partiyanı ləğv edib

Bu ilin avqustunda Azərbaycan Ədliyyə Nazirliyi 13 siyasi partiyanın ləğvi barədə qərar qəbul edib. Bu partiyalar öz fəaliyyətlərinin dayandırılması barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət ediblər.

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya qeydiyyata alınıb.

1993-cü ildə həmin partiyalardan ikisi məhkəmə qərarı ilə ləğv edilib.

2021-ci ildə 6 partiya hakim Yeni Azərbaycan Partiyasına qoşulduğunu bildirib və qeydiyyata alınmış partiyaların sayı 58 olub.

“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 58 partiyalardan 31-i ləğv barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib.

Qalan 27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Onlardan ancaq hakim Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb. Digər partiyaların sənədlərində çoxsaylı səhvlər, qeyri-dəqiqliklər olduğundan yenidən düzəlişlər edilməsi üçün geri qaytarılıb.

Avqustda Ədliyyə Nazirliyi aşağıdakı siyasi partiyaları ləğv edib: Qorqud Partiyası (sədr Firudin Kərimov), Vahid Azərbaycan Milli Birlik Partiyası (sədr Hacıbaba Əzimov), Azərbaycan Milli Demokrat Partiyası (sədr Qələndər Muxtarlı), Müstəqil Xalq Partiyası (sədr Əflan İbrahimov), Yeni Yol Partiyası (sədr Ramil Hüseynov), Milli Vəhdət Partiyası (sədr Yunus Oğuz), Azərbaycan Milli Dövlətçilik Partiyası (sədr Nemət Pənahlı), Azərbaycan Sosial Demokrat Partiyası (sədr Araz Əlizadə), Azərbaycan Liberal Demokrat Partiyası (sədr Fuad Əliyev), Azərbaycan Sosial Rifah Partiyası (sədr Əsli Kazımova olub), Azərbaycan Təkamül Partiyası (sədr Teyyub Qənioğlu), Birlik Partiyası (sədr Xudadat Xudiyev), Azərbaycan Naminə Alyans Partiyası (sədr Abutalıb Səmədov).

Bənzər yazılar

Back to top button