İdman

Ronaldoya “Gelandewagen” hədiyyə olundu – (VİDEO)

“Yuventus”un futbolçusu Kriştiano Ronaldoya 35 illik yubileyi münasibətilə dostları və yaxınları yeni avtomobil hədiyyə edib.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu dünən ad gününü qeyd etdikləri restoranın çıxışında böyük qırmızı sarğı ilə bəzədilmiş “Gelandewagen” avtomobili görüb. Ronaldo bu hədiyyə çox sevinib və onu portuqal dilində təbrik edən yaxınlarına təşəkkür edib.

Ronaldonun xanımı Corcina Rodriqes “İnstaqram” hesabında oyunçuya hədiyyənin verilmə anı ilə bağlı video paylaşıb. O, videoya “Həyatımın kişisini təbrik edirəm” sözlərini yazıb.

Bənzər yazılar

Back to top button