Mədəniyyət

Aktyor: “Zəfərimizlə bağlı böyük bir film çəkilməli idi, pullar yeyildi”

“Keçən il, 2-ci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki, böyük miqdarda pullar yeyildi”.

Yeniavaz.com xəbər verir ki, bu barədə aktyor Corc Qafarov özünün sosial şəbəkə hesabında yazıb.

O iddia edib ki, bu məqsədlə təlimlər keçirilsə də, filmin çəkilişi baş tutmayıb:

“Kim yedi, necə yedi, orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən o çəkilişə pula görə deyil, borc bilib razılıq verdim. Təlimlərə yola düşdük, 1 aya yaxın orada sözün əsl mənasında yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətci deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalı idiniz və bütün aktyorlara qulluq etməli idiniz, etmədiniz. Bu əziyyətə görə, biz bu az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa mənəvi tərəfdən yarayardınız”.
Aktyor bildirib ki, Azərbaycan incəsəntinə ləkə salanların bir-bir təmizlənəcəyinə ümid edir:
“Buna əminəm, geci-tezi var!”

Bənzər yazılar

Back to top button