İqtisadiyyat

DSX-nin 4 milyonluq tenderini bu şirkət uddu

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi 4 tender müsabiqəsinin (Açıq tenderlər) qalibi “Udt Group” MMC (VÖEN – 1403062011) olub.

Yeniavaz.com xəbər verir ki, qalib şirkət DSX-nin sifarişi əsasında “Tufan” layihəli 201, 202, 203 və 204 nömrəli gəmilərin cari təmir işlərini, “Şahdağ” layihəli gəmilərin cari təmir işlərini, “Tufan” layihəli gəmilərin tərsanə təmir işlərini, həmçinin sərhəd gözətçi gəmilərin ehtiyat hissələri və təmir materiallarını təmin edəcək və qarşılığında 3 milyon 863 min 709 manat 40 qəpik alacaq.

Tender müsabiqəsinin qalibi olan “Udt Group” MMC 13.03.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva ev 235A, m. 6-da yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Əliyev Pərviz Xeyrulla oğludur.

Bənzər yazılar

Back to top button