Bizim seçimGündəmManşetSiyasət

İkram Rəhimovun cinayət təqibinin səbəbləri barədə şərhi

Həbs cəzası çəkən realliq.info saytının redaktoru İkram Rəhimov 1 saylı Bakı İstintaq Təcridxanasından KİV-ə altı səhifəlik geniş məktub göndərib.

O, bir daha saxta ittihamla cinayət təqibinə məruz qaldığını bəyan edir, təqib olunmasının səbəblərini ətraflı şəkildə təsvir edir.

O təkrar edir ki, ölkə prezidentinin köməkçisi Əli Həsənovu və onun nəzarəti altında olan Mətbuat Şurasını tənqid etdiyinə görə cəzalandırılıb.

Rəhimov yazır ki, hələ iki il əvvəl Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin redaktoru onu təhdid edərək, saytdan SOCAR “Qazma işləri kompleksi” trestinin rəisi İsgəndər Şirəli və onun qardaşı – Neftçala Enerji Şəbəkəsinin rəisi Vurğun Şirəliyev haqqında şəhid ailəsinin üzvlərinin hüquqlarının pozulması ilə bağlı tənqidi nəşrləri saytdan silməyi tələb edib.

Rəhimov xatırladır ki, onun bir neçə saytı Əli Həsənovun dövlətin KİV-ə maliyyə yardımının istifadəsi zamanı sui-istifadə hallarına yol verməsi haqqında materiallardan sonra bloklanıb.

Bu nəşrlərdən sonra Prezident Administrasiyasında Həsənovun müavini Vüqar Əliyev Rəhimovu təhdid edərək, Həsənovu tənqid etməyə son qoymağı tələb edib.

Rəhimov xatırladır ki, 2018-ci il oktyabrın 26-da Həsənov haqqında növbəti tənqidi nəşrdən bir neçə saat sonra saxlanılıb.

Mətbuat Şurasının roluna toxunan Rəhimov Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri (!) Müşfiq Ələsgərlinin Rəhimovun cəzalandırılması tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət etdiyini xatırladır.

* Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı

Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı, birinci instansiya məhkəməsində verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib. Etiraz əlaməti olaraq Rəhimov aclığa başlayıb, sentyabrın 5-nə qədər bu aclığı davam etdirib.(Turan.az)

Bənzər yazılar

Back to top button