Siyasət

Ziraat Bank Azərbaycandan Qarabağımıza qarşı hörmətsizlik – FOTO

Azərbaycan və Türkiyə dövlətləri bir-birinə yaxınlaşdıqca, Türkiyədəki müəyyən qüvvələr aramıza girməyə çalışır. Hətta iki dövlət bir millət şüarı da onları möhkəm narahat edir. Türkiyənin hakim partiyasının xarici işlər üzrə sədr müavini Mehmet Ceylan da saytımıza açıqlama verərək “Əgər Türkiyədə hakimiyyət dəyişərsə, o zaman Türkiyə və Azərbaycan qardaşlığı əvvəlki kimi olmayacaq” fikrini səsləndirmişdi. Bu məsələnin kökündə nə dayanır? Qardaşlığımızı kim qısqanır? Bu suallara cavab vermək çətindir.

AzToday.az kommersant.az-a istinadən xəbər verir ki, Türkiyənin dövlət bankı “Ziraat Bank Azərbaycan” ölkəmizin minlərlə şəhid verərək geri aldığı Qarabağ məsələsində bizim yanımızda deyil. Baxmayaraq ki, bankın Bakıda 6, Gəncədə isə 1 filialı fəaliyyət göstərir. Halbuki, Türkiyədə 100 ilin fəlakəti adlandırığımız və onlarla şəhərin dağılmasına səbəb olan zəlzələdə bizim vətəndaşlarımız Türkiyəyə qardaşlıq münasibəti göstərərək maddi və mənəvi dəstək çıxmışdı. Özü də bu maddi dəstək birbaşa “Ziraat Bank Azərbaycan” üzərindən həyata keçirilirdi. Biz bu yardımları edərkən heç bir qarşılıq güdmədik. Hətta türkiyənin ən çətin günlərində ilk yanında olan da biz olduq. İstər dövlət olaraq, istərsə də millət olaraq.

“Ziraat Bank Azərabycan” isə rəsmi internet saytında şəhidlər verərək, qan töküb, qan axıdaraq geri aldığımız Qarabağımızı münaqişə zonası olaraq tanıyır və bu münaqişədə tərəf olmadığını rəsmiləyir. Saytın xəritə bölməsində Qarabağ bölgəsi Azərbaycan dili ilə yanaşı erməni dilində də yazılıb. Başa düşüləndir ki, saytın xəritəsi “google” şirkətindən kopyalanıb. Amma Qarabağ məsələsi Azərbaycan üçün həssas olduğuna görə, buna diqqət edilməli və bu kimi səhvlərə yol verilməməli idi.

Azərbaycanda banklarımızın internet saytları yeni-yeni qurulanda bu məsələ bəzi icmalar tərəfindən qaldırıldı və dərhal da həll olundu. Bəzi banklar bunu qulaqardı etsələr də, əksər banklarımız məsələni dərhal və çevik formada həll etdilər. “Ziraat Bank Azərbaycan”dan da bu münasibəti görmək və məsələnin həlli üçün operativ qərar qəbul edərək utancverici səhvi düzəltməyi gözləyərdik.

Bənzər yazılar

Back to top button