Sağlamlıq

Bakıda koronavurusa yoluxma ən çox bu rayonlardadır

Bakıda koronavurusa yoluxma ən çox Yasamal və Sabunçu rayonlarındadır.

AzToday.az APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Yasamalda bir neçə ocaq müəyyənləşmişdi: “Bir nəfər çoxlu sayda insanı yoluxdurmuşdu. Ümumilikdə Yasamalda 22,7 %, Sabunçuda 14%, Binəqədidə 13,5%, Nəsimidə 12,6%, Xətaidə 7,7%, Nərimanovda 6,8%, Nizamidə 5,8% Suraxanıda 5,3%, Xəzər rayonunda 4,5%, Qaradağda 3,5%, Səbaildə 2,8%, Pirallahıda isə 0,8 faiz yoluxma qeydə alınıb”.

Bənzər yazılar

Back to top button