Cəmiyyət
Bayram və istirahət günlərində Azərbaycanda qeyri-sabit hava şəraiti gözlənilir

Milli Hidrometerologiya Xidməti Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən hava şəratilə bağlı proqnozunu açılqayıb.
Xidmətin məlumatına görə, istirahət və bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən qeyri-sabit keçəcəyi, qısa fasilələrlə yağıntılı olacağı gözlənilir.
Martın 19-u axşamdan 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi martın 21-i axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.
Gözlənilən yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.