Dünya

Yerevanda KTMT-nin iclası başlayır

Noyabrın 23-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin, müdafiə nazirlərinin və Təhlükəsizlik Şurası katiblərinin birgə iclası başlayıb. Bir müddət sonra Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Armenpress-in yaydığı məlumata görə, Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliklə bağlı aktual problemləri və iclaslar arasındakı dövr ərzində KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.

“Ən mühüm məsələlərdən biri KTMT-nin böhrana reaksiya sisteminin təkmilləşdirilməsi və Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlərin müzakirəsi olacaq”.

İclasda Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbul ediləcəyi planlaşdırılır.

Eyni zamanda, KTMT sülhməramlı qüvvələrinin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsinə, radiasiyadan birgə müdafiənin, birgə kimyəvi və bioloji müdafiənin formalaşdırılmasına dair bir sıra sənədlər imzalanacaq.

1 yanvar 2023-cü il tarixindən rotasiya ilə əlaqədar KTMT-nin baş katibi məsələsi də müzakirə olunacaq.(Turan)

Bənzər yazılar

Back to top button