İdman

PSJ-də qalmaqal: Messi məşqi yarımçıq tərk edib

Fransanın PSJ klubunda baş məşqçi Kristofer Qaltye ilə Lionel Messi arasında qalmaqal yaşanıb.

“Report”un xarici KİV-ə istinadən məlumatına görə, 57 yaşlı mütəxəssisin keçdiyi hazırlıq prosesindən narazı qalan argentinalı futbolçu məşqi yarımçıq tərk edib.

Fransalı mütəxəssis 36 yaşlı hücumçunu fikrindən daşındırmağa çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə cari mövsümün sonunadək müqaviləsi var. Ulduz futbolçunun yayda komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Bənzər yazılar

Back to top button