Dünya

Türkiyədən Avropa Parlamentinin Ermənistanla bağlı hesabatına – Reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Avropa Parlamentinin “Aİ-Ermənistan münasibətləri” adlı hesabatındakı 1915-ci il hadisələri ilə bağlı məsələyə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, o, tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin Türkiyə üçün heç bir əsası olmadığını deyib.

“Avropa Parlamentinin 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı adi hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddiaların yer almaqda israrlı olduğu görünür.

Tarixi faktlar və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur. Biz Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edirik”, – deyə T.Bilgiç bildirib.

Bənzər yazılar

Back to top button