İdman

2 klubun hədəfində: biri 200 milyon verir

“Real” və PSJ “Mançester Siti”nin hücumçusu Erlinq Halandı necə transfer etmək barədə düşünürlər.

Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Paris klubu norveçli futbolçuya görə 200 milyon avro ödəməyə hazırdır.

“Real” isə hələ də Kilian Mbappeni ələ keçirmək planı üzərində işləyir. Amma paralel olaraq alternativ kimi Haaland variantını da nəzərdən keçirirlər.

“Mançester Siti”nin hücumçusunun klubu tərk etmək bəndi 2025-ci ildə qüvvəyə minəcək. PSJ ona görə 200 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 22 yaşlı forvard bu mövsüm “Siti”nin heyətində bütün turnirlərdə 36 oyunda 39 qol vurub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button