GündəmManşetSiyasət

Prezident İlham Əliyev Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb

Martın 18-də Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ildə 44 günlük müharibədə erməni işğalından azad edilmiş Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə xalqa təbrik məktubu ünvanlayıb.

“Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir”, – Əliyev deyib.

İkinci Qarabağ Müharibəsi dövründə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini qeyd edən prezident xalqa yeni-yeni uğurlar, qələbələr arzulayıb.

Bununla yanaşı, o qeyd edib ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları var.

«Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”, – dövlət başçısı vurğulayıb.

Əliyev bu günlərdə öncə doğma yurdlarına qayıdan yerli sakinlərlə söhbət edib.

Bundan əlavə, prezident Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib.

Tərtər rayonunda İlham Əliyev Suqovuşan su anbarının, ondan axan magistral su kanalının əsaslı təmiri, su anbarı ətrafında yaradılan turizm infrastrukturu obyektlərinin tikintisilə tanış olub.

Bənzər yazılar

Back to top button