Cəmiyyət

Deputat tələbələri “vor zakon” mahnısına oynayan rektoru tənqid etdi: “Baş qarışıb pul silməyə…”

Milli Məclisin deputatı Etibar Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunu sərt tənqid edib.

Deputat yazısında Universitetin deqradasiyaya uğradığını, bunun isə rektorun vecinə olmadığını deyir:

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet “Zobik Gəncinski” ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı səsləndirilir və tələbələr də hamısı bir ağızdan bunu oxuyub oynayırlarsa, bu əyləncə deyil, təhlükədir. Gənc nəsilə Universitetlərdə təhsil verməklə yanaşı həm də, onların tənqidi təfəkkürü inkişaf etdirilməli, onlar yüksək davranışları ilə də seçilməlidirlər. AZİİ-də Baş verən bu rüsvayçı hadisə göstərdi ki, tələbələr birgə ifa etdikləri bu mahnını elə auditoriyalarda da oxuyurmuşlar. Bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa biilməz. Mən bu ali məktəbin yanından keçəndə tələbə davranışlarından dəhşətə gəlirdim. Bu da nəticə. Baş qarışıb pul silməyə, qohumbazlıq, dostbazlıqla məşğul olmağa, Universitetin deqradasiyası bu tip rektorun heç vecinə də deyil”.

Qeyd edək ki, ötən gün ADNSU-nun həyətində kriminal avtoritet “Zobik Gəncinski” ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı səsləndirilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Mahnını oxuyan tələbələr musiqi sədalarının altında oynayırlar.

Sosial şəbəkələrdə yayılan bu görüntülər ciddi müzakirələrə səbəb olub.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdır.

O, 2015-ci ildən bu vəzifədə çalışır.

Bənzər yazılar

Back to top button