Siyasət

İlqar Məmmədov: “Bu gün həyatımda böyük gün oldu”

“Təqsirsiz elan olundum”.

AzToday.az xəbər verir ki, bunu “Real” partiyasının sədri İlqar Məmmədov Ali Məhkəmənin onunla bağlı verdiyi bərarət qərarından danışarkən deyib.

Sədr bildirib ki, bütün haqları bərpa olunub:

“Bu gün həyatımda böyük gün oldu. Ali Məhkəmədən bəraət aldım. Təqsirsiz elan olundum. Bütün haqlarım rəsmən bərpa olundu”.

İlqar Məmmədov bununla bağlı daha geniş məlumat verəcəyini deyib.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumunun qərarı ilə İlqar Məmmədov və Rəsul Cəfərovun təqsirliyi barədə ittiham hökmləri ləğv edilib. Məhkəmə onlara dəyən mənəvi zərərə görə Rəsul Cəfərova 57400, İlqar Məmmədova isə 234 min manat kompensasiya təyin etdi.

Bənzər yazılar

Back to top button