İdman

Avropa nəhəngi baş məşqçisini Mourinyu ilə əvəzləyir

“Roma”nın başməşqçisi Joze Mourinyu bu yay iş yerini dəyişməyə yaxındır.

Fanat.az xəbər verir ki, informasiyanı tanınmış insayder Pedro Almeyda şəxsi “Twitter” hesabı üzərindən yayıb.

Xəbərə görə, portuqaliyalı mütəxəssisin PSJ rəhbərliyinin növbəti mövsüm üçün əsas hədəfidir. Mourinyu ilə iş birliyini klub bosslarına Paris təmsilçisinin idman direktoru, portuqaliyalı Luiş Kampuşun məsləhət gördüyü vurğulanıb.

Qeyd edək ki, PSJ-nin hazırki baş məşqçisi Kristof Qaltyenin bu yay istefaya göndərilməsi gündəmdədir. Mourinyunun “Roma” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button