Dünya

Ukrayna “Patriot” və tankları “gözləniləndən daha tez” alacaq – Pentaqon

ABŞ Ukraynaya Abrams tankları və Patriot raketdən müdafiə sistemlərinin çatdırılmasını sürətləndirir, TURANın Vaşinqton müxbiri xəbər verir.

Bu ilin əvvəlində Bayden administrasiyası 31 Abrams M1A2 tankının Ukraynaya çatdırılacağını açıqlasa da, rəsmilər bunun təxminən bir il çəkəcəyini deyirdilər. İndi Pentaqonun məlumatına görə, çatdırılma payızda həyata keçiriləcək, yani gözləniləndən daha tez.

Pentaqonun sözçüsü Pat Rayder jurnalistlərə deyib ki, “bu vacib döyüş gücünü ukraynalılara mümkün qədər tez çatdırmaq vacibdir”.

İki Patriot sistemi bir neçə həftə ərzində döyüş meydanında olacaq. Kadr hazırlığı yanvarın ortalarında başlayıb. Yaxın günlərdə Oklahoma ştatının Fort Sill şəhərində 65 ukraynalı “Patriot” raket sistemi üzrə təlimləri başa vuracaq.

Bənzər yazılar

Back to top button