İdman

AVRO-2024-ün çempionu nə qədər qazanacaq? – UEFA açıqladı

UEFA AVRO-2024-də iştirak edən komandalara ümumilikdə 371 milyon avro vəsait ayıracaq.

Qaynarinfo-nun məlumatına görə, final mərhələsi Almaniyada keçiriləcək AVRO-2024-ə bugündən etibarən start veriləcək. Turnirin seçmə mərhələsinin ilk oyunları 23-25 ​​mart tarixlərində oynanılacaq.

UEFA final mərhələsində iştirak edəcək 24 komandaya ümumilikdə 371 milyon avro ödəyəcək. Bu AVRO-2020-də iştirakçılara paylanan məbləğlə eynidir. İspaniyanın “El Mundo Deportivo” qəzetində yer alan məlumata görə, UEFA-nın Avropa çempionatı üçün verdiyi mükafatların məbləği son 10 ildə 135 milyon avro artıb.

AVRO-2024-də hər komandaya 9,25 milyon avro iştirak mükafatı, qələbəyə görə 1,5 milyon avro veriləcək. Heç-heçə üçün isə 750 min avro ödəniləcək.

Final mərhələsinə vəsiqə qazanan komandalar büdcələrini 2 milyon avro məblğində artıracaq. 1/4 finala yüksələnlər 3,25 milyon, yarımfinalda iştirak edənlər isə 5 milyon avro qazanacaq. İkinci yeri tutan komanda 7 milyon, çempion isə 10 milyon avro qazanacaq.

Bütün bu rəqəqmləri nəzərə alsaq çempion komanda ümumilikdə təxminən 30 milyon avro mükafat qazanacaq.

Bənzər yazılar

Back to top button