Cəmiyyət

Dövlət katibi Entoni Blinkenin Novruz münasibətilə təbriki

ABŞ dövlət katibi Entoni Blinken Novruz Bayramı münasibətilə bəyanat yayıb.

“Novruzu qeyd edən hər kəsi təbrik edirəm. Ümid edirəm ki, yeni il sizə xoşbəxtlik, sağlamlıq və firəvanlıq gətirəcək.

Novruz dirçəliş rəmzidir. Bu, masa arxasında ailə və dostlarla vaxt keçirmək, gələn il üçün arzuları bölüşmək fürsətidir. Novruz həmçinin bayramı qeyd edən bir çox insanlar üçün xüsusilə çətin keçən ötən il haqqında düşünmək fürsətidir. İran xalqı İslam Respublikası tərəfindən amansız repressiyalarla üzləşib. Bu il bir çox ailələr Novruz bayramında öz əzizləri üçün darıxıblar, çünki onlar İran hakimiyyəti tərəfindən qətlə yetirilib və ya həbs edilib.

Novruz və onun müsbət gəncləşmə mesajı bir çox mədəni sərhədləri, dil sərhədlərini və siyasi sərhədləri aşır. Bayramı harada qeyd etməyinizdən asılı olmayaraq, ümid edirik ki, yeni ilin gəlişi ilə xoşbəxt və gəncləşmişsiniz”, deyə müraciətdə bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button