İdman

“Braqa” “Qarabağ”a bənzəyir, amma…” – Riçard Almeyda

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün səfərdə “Braqa”ya qarşı keçirəcəkləri matç ərəfəsində “ojogo.pt” saytına açıqlama verib.

Fanat.az-ın məlumatına görə, milliləşdirilmiş braziliyalı belə danışıb:

“Daha öncə Portuqaliyada oynamışam və həmişə bugünkü rəqibimizə simpatiyam olub. “Braqa” “Qarabağ”a bənzəyir, amma büdcə baxımında bizdən üstün klubdur. Alan, Lima, Salino, Uqo Viana ilə super komanda qurdular, “Benfika”nı məğlub edərək Avropa Liqasının finalına çıxdılar. “Braqa” sabitdir, fəlsəfələrinə uyğun və fərq yarada bilən oyunçuları seçirlər.

Rəqibdə yüksək səviyyəli oyun sistemi görürəm və çox yaxşı futbolçular var. Alvaro Calo, Rikardo Orta, Xose Fonte, Mateus, Simon Banzanın adını çəkə bilərəm. Böyük potensiala malik Vitor Karvalyunu çox bəyənirəm. Onu “Jil Visente”dən tanıyıram. Son illər yetişən gənclər də var. Bu gün yaxşı oyun proqnozlaşdırıram. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün Portuqaliyada keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button