Cəmiyyət
Cümə günü üçün hava proqnozu

Martın 24-də Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 15-20 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 6-11 dərəcə, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.