Hadisə

Xankəndi yaxınlığındakı benzindoldurma məntəqəsində partlayışda ölən 48 nəfərin cəsədi aşkarlanıb

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliynin qüvvələri tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Ermənistan mediasının məlumatına əsasən, bundan öncə partlayış zamanı həyatını itirmiş azı 170 nəfərin şəxsiyyəti müəyyən edilib. Üç yüz nəfərədək insanın xəsarət aldığı bildirlib.

Xatırladaq ki, sentyabrın 25-də Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış baş verib.

Bənzər yazılar

Back to top button