İdman

“Bayern”dən ayrılan Nagelsmanın yeni klubu bəlli oldu

“Bayern Münhen”dən istefaya göndərilən Yulian Nagelsmanın yeni iş yeri müəyyənləşib.

Fanat.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu 35 yaşlı çalışdırıcının xidmətində maraqlıdır.

Məlumatı “Evening Standard” yayıb. Mənbənin iddiasına görə, Münhen klubunun Tomas Tuxellə anlaşması hotspurluların seçiminə təsir edib. Bir neçə mütəxəssislə danışıq aparan “Tottenhem” indi Nagelsmana əsas namizəd gözü ilə baxır.

Qeyd olunur ki, “Tottenhem” 49 xalla Premyer Liqada 4-cü yerdədir.

Bənzər yazılar

Back to top button