Siyasət

Vladimir Zelenski Bakıya gəlir

Ukrayna Prezidenti Vladimir Zelenski Bakıya səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilir ki, səfər dekabrın 16-17-də baş tuatacaq. Hələlik səfərin proqramı təsdiqlənməyib.

Mənbələrdən biri əvvəlcədən Zelenskinin Ermənistan və Gürcüstana da səfərinin planlaşdırıldığını, lakin Tiflisdəki etirazlar səbəbindən səfərin yalnız Azərbaycanla məhdudlaşdırılması barədə qərara gəlindiyini bildirib.

Bənzər yazılar

Back to top button