GündəmSiyasət

Hərbi Prokurorluq Bağanis Ayrım kəndinin dinc sakinlərinin kütləvi qətlə yetirilməsi faktı üzrə istintaqı davam etdirir

24 mart 1990-cı ildə Azərbaycanın Qazax rayonunun Bağanis Ayrım kəndinin sakinlərinin erməni silahlı birləşmələri tərəfindən kütləvi qətlilə bağlı 18 nəfərin barəsində beynəlxalq axtarış elan edilib. Bu barədə hərbi prokurorun baş köməkçisi, Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib.

O xatırladıb ki, 24 mart 1990-cı ildə qanunsuz erməni silahlı birləşmələri Qazax rayonunun Bağanis Ayrım kəndinə müxtəlif istiqamətlərdən hərbi texnika ilə hücum edərək kənd əhalisinə atəş açıb.

Nəticədə üç qadın və bir körpə də daxil olmaqla 10 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. İki nəfər müxtəlif dərəcədə ağır xəsart alıb.

12 yaşayış evi talan edilib və yandırılıb, 438 kənd sakini qanuni yaşayış yerlərindən qovulub.

Cinayət işinin araşdırılması zamanı Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və 107-ci (deportasiya və ya əhalinin məcburi köçürülməsi) maddələrilə təqsirləndirilən şəxs qismində 18 nəfər cəlb edilib. Bu şəxslər İnterpol xəttilə beynəlxalq axtarışa verilib.

Bu gün həmin cinayətin törədilməsindən 33 il ötür. Bağanis Ayrım kəndi və Qazax rayonunun daha 7 kəndi hələ də erməni işğalı altındadır.

Bənzər yazılar

Back to top button