İdman

PSJ prezidentindən Messi, Mbappe, Ramos açıqlaması

PSJ prezidenti Nasser Al-Xelaifi komandanın liderləri Kilian Mbappe, Lionel Messi və Serxio Ramosun müqavilələrinin yenilənməsi ilə bağlı vəziyyətdən danışıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o deyib ki, Paris təmsilçisi səhvə yol verməmək üçün bu məsələyə diqqətlə yanaşacaq: “Mbappe, Messi və Ramosu komandada saxlamaq üçün çalışırıq. Nə etdiyimizi başa düşürük. Səhv etməyəcəyik.

Bu üç futbolçudan başqa biz gənclərə və gələcəyimizin asılı olduğu istedadlara da diqqət yetirməliyik. Klubda dəyişdiyimiz budur”.

Qeyd edək ki, həm Messinin, həm də Ramosun müqaviləsi bu mövsümün sonunda başa çatır. Mbappe ilə müqavilə 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button