Siyasət

Araik Moskvaya gedib və istefa verməkdən imtina edib?

Ermənistanın “Qrapark” nəşri öz mənbələrinə istinadən separatçıların lideri Araik Arutyunyanın bir neçə gün əvvəl Moskvadan qayıtdığını bildirib.

O, Moskvada bir sıra görüşlər keçirib. Qayıtdıqdan sonra yaxın ətrafını toplayıb və onun istefası məsələsinin təxirə salındığını və yaxın gələcəkdə “prezident seçkiləri olmayacağını” deyib.

“O, həmçinin deyib ki, uzunmüddətli və amansız qarşıdurmaya hazırlaşmaq lazımdır – atəşə atəşlə cavab vermək, diversiya cəhdlərinin qarşısını almaq və diversiyaçıları məhv etmək, Qarabağda normal həyatı bərpa etmək, alternativ yolu işə salmaq və kiçidən-böyüyə silahlanaraq, gözlənilən müharibəyə hazırlaşmaq lazımdır.

Eyni zamanda, o, ermənilərin qarşısında iki yol olduğunu deyib – ya Qarabağdan getmək, ya da müstəqilliyi qoruyub saxlamaq üçün mübarizə aparmaq, lazım olsa həlak olmaq. Azərbaycanla inteqrasiya variantı istisna edilir”, deyə nəşr yazır.(Turan)

Bənzər yazılar

Back to top button