GündəmSiyasət

Azərbaycan Ordusu ermənilərin Füzuli istiqamətində səngər qazmasının qarşısını alıb

Martın 25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusnun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bənzər yazılar

Back to top button