
Qarabağdakı erməni mənbələrinin məlumatına görə, bu gün Azərbaycan Silahlı Qüvvələri Xəlfəli-Turşsu yaşayış məntəqələri arasındakı torpaq yolunda müşahidə məntəqəsi qurub. Belə ki, Azərbaycan Silahlı Qüvvələri iki erməni mövqesi arasındakı bu yolda hərəkəti nəzarətə götürüb.
Xatırladaq ki, indiyədək bu yolda erməni birləşmələrinin silah və canlı qüvvəsinin qanunsuz daşınması həyata keçirilib.
Azərbaycan vətəndaş fəallarının dekabrın 12-də Laçın yolunda başlayan aksiyasından sonra Qarabağla Ermənistan arasında əlaqə bu yol vasitəsi ilə saxlanılıb.(Turan)