GündəmSiyasət

Rusiya MN Azərbaycan tərəfindən təmas xəttini pozduğunu bəyan edirlər

Rusiya sülhməramlılarının rəhbərliyi martın 25-də Qarabağda təmas xəttinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozulduğunu elan edib.

Azərbaycanlılar “Şuşa rayonu ərazisində təmas xəttini keçərək, 2054 m hündürlüyünü tutaraq (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) post qurmaga başlayıblar.

Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür.

Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etmək, mühəndis-texniki işlərin dayandırılması və silahlı qüvvələrin əvvəllər tutduqları mövqelərə qayıtmaq tələb edilib”, – məlumatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button