Dünya

Türkiyədə daxili reyslər iyunun 4-də, beynəlxalq uçuşlar isə 10-da başlayır

Bu tarixi Türkiyə Hava Yollarının İdarə Heyəti və İcra Şurasının sədri İlkər Ayçı elan edib

AzToday.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, təkcə Türkiyənin deyil, bütün dünyanın ən qabaqcıl aviaşirkətlərindən olan Türkiyə Hava Yolları (THY) koronavirusun yayılması tədbirləri çərçivəsində qəbul edilən qərara uyğun olaraq dayandırılmış daxili və beynəlxalq resylərini bərpa edəcək. Bununla əlaqədar bir açıqlama verən THY İdarə Heyəti və İcra Şurasının sədri İlker Ayçı bunları söyləyib:

“Daxili reyslər iyunun 4-də, beynəlxalq reyslər isə 10 iyunda başlayacaq. Sərnişinlərin əl yükü artıq salonda aparılmayacaq. Baqaj yükünə 8 kiloqram əl baqajı da daxil ediləcək. Əl çantası salonda aparıla bilər”.

İlkər Ayçının sözlərinə görə, THY-nin 2020-2021-ci illərdəki məqsədi qazanc əldə etmək deyil, gücünü qorumaqdır: “5 ilə qədər davam edə biləcək bu müddətdə əmək müqaviləsini ləğv etmək əvəzinə fədakarlıqla yolumuzu davam etdirmək üçün birlikdə çalışacağıq. THY bu müddətdə yeni bir əməkhaqqı siyasətinə keçə bilər”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button