İdman

Premyer Liqanın lideri MS-nin yetirməsi üçün hərəkətə keçdi

“Sauthempton”un gənc yarımmüdafiəçisi Romeo Lavia ilə İngiltərə Premyer Liqasının daha bir top-klubu – London “Arsenal”ı maraqlanmağa başlayıb.

Fanat.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkələ hesabında məlumat yayıb.

Xatırladaq ki, “Mançester Siti”nin gənclər komandasının 19 yaşlı yarımmüdafiəçisi keçən yay “müqəddəslər”in düşərgəsinə köçüb. O, komandanın heyətində bütün yarışlarda 24 oyun keçirərək, bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkib. Premyer Liqada sonuncu yerdə qərarlaşan klubda özünü yaxşı tərəfdən göstərməyi bacaran Lavia təkcə müdafiəyə meyilli yarımmüdafiəçi mövqeyində deyil, həm də müdafiənin mərkəzində oynaya bilir.

“Mançester Yunayted” və London “Çelsi”sinin də “şəhərlilər”in yetirməsi ilə maraqlandığı barədə məlumat var.

Bənzər yazılar

Back to top button