İdman

Zidan “Real” rəhbərliyinə iki şərt qoydu

“Real Madrid”də Karlo Ançelottini əvəzləyəcəyi gözlənilən Zinəddin Zidan cari mövsümün sonunda İspaniya nəhənginin “sükanı arxası”na keçmək üçün rəhbərliyin qarşısına iki tələb qoyub.

Fanat.az xəbər verir ki, informasiyanı “Defensa Central” yayıb.

Xəbərə görə, Zizu fiziki hazırlıq üzrə məşqçi Qreqori Düponun məşqçilər korpusunda yer almasını və belçikalı ulduz Eden Hazarın komandada saxlanılmasını vacib sayır.

Qeyd edək ki, 2021-ci ilin mayında “Real Madrid”in baş məşqçi postundan ayrılan Zidan o vaxtdan bəri işsizdir.

Bənzər yazılar

Back to top button