Hadisə

Bakıda piyada keçidi sökülür – Kim məsuliyyət daşıyır?

Koroğlu Rəhimov küçəsində icazəsiz tikilən yerüstü piyada keçidi sökülür.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə söküntü prosesini əks etdirən görüntülər yayılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Report”un sorğusuna cavab olaraq, bildirib ki, sözügedən piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq.

“Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib”.

Yayılan kadrlardan da göründüyü kimi, sökülməsi barədə qərar verilənədək piyada keçidində xeyli iş görülüb. Bəs görəsən bu müddətdə aidiyyəti qurumlar məsələyə niyə müdaxilə etməyib?

Suallarımıza Agentliyin aidiyyəti şöbəsindən cavab ala bilmədik.

Digər tərəfdən bu məsələ ilə bağlı məsuliyyət daşıyanlar barədə müvafiq hüquqi tədbirlərin görülüb-görülmədiyi ilə bağlı məlumat almaq istəsək də, Baş Prokurorluğun aidiyyəti bölməsindən zənglərimizə cavab verilmədi

Bənzər yazılar

Back to top button