CəmiyyətGündəmManşet

Azərbaycanda 243 min nəfər ac olsa da doyunca yemək yeyə bilmir – Rəsmi statistika

Azərbaycanda yemək üçün kifayət qədər pulun və ya digər ehtiyatların (mənbələrin) olmaması səbəbindən ac ola-ola doyunca yemək yeyə bilməyən ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 2,4%-ə bərabərdir.

Yeniavaz.com xəbər verir ki, belə bir məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığımız hesablama göstərir ki, Azərbaycanda təxminən 2 milyon 401 min ev təsərrüfatı var. Ev təsərrüfatlarının 2,4%-i təxminən 57,6 minə bərabərdir. Hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfərin düşdüyünü nəzərə alsaq, Azərbaycanda təxminən 243 min nəfərin ac olduğu halda doyunca yemək yeyə bilmədiyini görmüş oluruq.

Bənzər yazılar

Back to top button