Siyasət

Ceyhun Bayramov İsrail və Fələstinə gedib

Martın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Xarici İşlər Nazirliyindən bildiriblər ki o, martın 29-30-da hər iki ölkənin yüksək vəzifəli şəxslərilə görüşlər keçirəcək, həmçinin Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, 2022-ci ilin sonunda Azərbaycan parlamenti ölkənin Təl-Əvivdə səfirliyinin və Ramallahda nümayəndəliyinin açılması barədə qərar qəbul edib.

Martın 26-da Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini yəhudi dövlətinin prezidentinə təqdim edib.

Bənzər yazılar

Back to top button