Cəmiyyət

Onlayn təhsil baş aldatmaqdır, ondansa… – Ekpretdən sərt münasibət

Uzun müddətdir ki, sentyabr ayında yeni tədris ilinin ənənəvi qaydada başlaya biləcəyi müzakirə olunur.

AzToday.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov uzun müddətdir müzakirə olunan məsələyə münasibət bildirərkən deyib.

“Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb. Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər.

Şəkildə də adi bir imtahan prosesi əks olunub.

Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər.

Sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalara dərsə başlamaq olar.

Əgər onlayn, distant təhsil düşünən varsa, bu çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilinə başlamaqdansa, başlamamaq daha yaxşıdır.

Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”,- K.Əsədov deyib.

Bənzər yazılar

Back to top button