GündəmSiyasət

Bu gün İsraildə Azərbaycanın səfirliyi açılır

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Yeniavaz.com xəbər verir ki, səfər çərçivəsində nazir Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Yerli mətbuatda yayılan xəbərlərə görə, açılış bu gün baş tutacaq.

Açılış mərasimində Ceyhun Bayramov ilə yanaşı Milli Məclisin bir qrup deputatı və digər şəxslər də iştirak edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə də tvitter hesabında nazirin İsarilə səfəri ilə bağlı paylaşım edib. “Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək. Azərbaycan-İsrail tərəfdaşlığı daha güclü olsun”, – paylaşımda bildirib.
Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib. Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.

Bənzər yazılar

Back to top button