CəmiyyətGündəmHadisə

Ali Məhkəmə İlqar Məmmədov haqqındakı qərarları LƏĞV ETDİ

Ali Məhkəmənin Plenumu REAL Hərəkatının sədri İlqar Məmmədovun barəsində kassasiya və apelyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edib.

Bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, iyunun 29-da Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Onun sözlərinə görə, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb, İlqar Məmmədov hələ də həbsdədir.

REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button