Dünya

Amerikalıların İrana münasibəti – 2 milyon iranlı olnları maraqlandırmır

ABŞ ilə İran arasında nüvə gərginliyinin artdığı bir vaxtda keçirilən rəy sorğuları inanılmaz nəticələr çıxarmağa imkan verir.

AzToday.az ATV.az istinadən Harvard universitetinin sadə amerikalılar arasında keçirdiyi rəy sorğusunu təqdim edir. Universitetin siyasi elmlər üzrə professoru Skott Saqanın keçirdiyi sorğuda iştirak edən respondentlər radikal addımların atılmasından çəkinməyin yersiz olduğunu bildiriblər. Rəyi soruşulanların 60%-i hesab edir ki, 20 min amerikalı əsgərin İranda ölməsinin yerinə əhalisi 100 mindən artıq olan şəhərlərə atom bombası atmaq daha məqsədəuyğundur. Daha 50 faiz respondent isə düşünür ki, İranın əhalisi 2 milyondan çox olan şəhərlərinə hərbi müdaxilədən öncə nüvə silahı atmaq lazımdır. Sorğuda iştirak edənlərə “”İranla münasibətləri diplomatiya, yoxsa nüvə silahından istifadə etməklə yoluna qoyaq” sualına isə 40% danışıqlara, 40 faiz isə hərbi varianta üstünlük verib. Yerdə qalan 20 faiz cavab verməkdə çətinlik çəkib.

Bənzər yazılar

Back to top button