İdman

“Vlahoviç satılmayacaq” – “Yuventus” açıqladı

“Yuventus” hücumçusu Duşan Vlahoviçlə bağlı açıqlama yayıb.

Fanat.az-ın xəbərinə görə, İtaliya klubu serbiyalı forvardı satmayacaq.

Bu barədə klubun direktoru Françesko Kalvo məlumat verib. DAZN-a danışan klub rəsmisi Duşandan razı olduqlarını və onun bu yay satılmayacağını bildirib.

Qeyd edək ki, 23 yaşlı forvard “Çelsi”, “Real Madrid”, PSJ və “Arsenal”ın maraq dairəsində idi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button