GündəmManşetSiyasət

İran Fazil Mustafanın öldürüldüyü barədə məlumat yaymağa tələsib (FOTO)

İİKK-nin (İslam İnqilabı Keşikçiləri Korupusu” teleqram kanalı 28 mart saat 23.08-də belə bir məlumat yayıb: “Anti-İran və anti-İslam bəyanatları ilə tanınan Azərbaycan parlamentinin üzvü Fazil Qəzənfəroğlu (Mustafa) öldürülüb”.

Bu məlumat internetdə sui-qəsddən yarım saat sonra yayılıb. Hələ Azərbaycan KİV-ləri və bir çox dövlət orqanları bu barədə bilmirdilər. Həmin vaxt Mustafanın vəziyyəti haqqında da heç nə məlum deyildi.

Bütün bunlar İran xüsusi xidmət orqanlarının və İran casuslarının bu sui-qəsddə əli olmasının dolayı dəlilidir.

Bu məlumatda Azərbaycanlı deputata verilən xarakteristika da öz sözünü deyir.(Turan)

Bənzər yazılar

Back to top button